logo

XİN: Dövlət sərhədindəki gərginliyin məsuliyyəti Ermənistanın üzərindədir

10:44 28-07-2021 | icon 1610
XİN: Dövlət sərhədindəki gərginliyin məsuliyyəti Ermənistanın üzərindədir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, iyulun 28-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa bildiriblər ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.