logo

Portalda indiyədək 17 mindən çox toy mərasimi qeydiyyata alınıb

17:57 27-07-2021 | icon 1820
Portalda indiyədək 17 mindən çox toy mərasimi qeydiyyata alınıb

İyulun 1-dən etibarən "icazə.e-gov.az" portalı sırf şənlik mərasimlərinin qeydiyyatı üçün istifadəyə verilib. Şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə ən azı 5 gün qalmışdan 50 nəfərdən 150 nəfərə kimi olan qonaq sayı üçün qeydiyyat aparmalıdır. Burada zalı seçməlidir, əməkdaşlarının qeydiyyatı aparılmalıdır. Əməkdaşların 80 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçmiş olmalıdır. Bu günə qədər 17 mindən çox tədbir qeydiyyata alınıb.

YeniAvropa xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, bu, təxminən avqustun 15-dək olan müddəti, 45 günlük dövrü əhatə edir.

"Bu günə qədər sistemlə bağlı heç bir şikayət daxil olmayıb. Sistem tam dayanıqlıdır",-deyə  Fariz Cəfərov bildirib.