27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
YeniAvropa xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat yayıb. O, bildirib ki, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.