logo

Jurnalistlərin qapısına vurulan 11 qol

13:39 25-07-2021 | icon 1911
Jurnalistlərin qapısına vurulan 11 qol

Məlum olduğu kimi, bir qrup media və QHT nümayəndəsi ötən gün prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə həmin müraciətdə deyilir: “Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun”.

Maraqlıdər ki, müraciəti imzalayan 38 nəfərdən 11-u jurnalistlər üçün tikilmiş birinci və ikinci binadan mənzil almış şəxslərdir.
Özləri mənzil almış jurnalistlərin bu müraciəti imzalaması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Həmin şəxslərin də mənzillərini şəhid ailələrinə verilməsi tələb olunur. 
Əvvəlki binalardan mənzil almış həmin şəxslərin siyahısını təqdim edirik:


1. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

2. Şakir Ağayev – “Novoye vremya” qəzetinin baş redaktoru
3. Azər Xəlilov – "ATV"nin rəhbəri
4. Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru
5. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru
6. Vüsal Məmmədov – "Azvision.az" saytının rəhbəri
7. Elbrus Ərud – "Qafqazinfo.az" saytının rəhbəri
8. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
9. Elçin Alıoğlu – “Milli.az” saytının baş redaktoru
10. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru

11.Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi