Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general Vaqif Axundovun bacısı oğlu, xidmətin Səbail rayon şöbəsinin keçmiş rəisi, polkovnik Vüsal Babayevin həbsi ilə bağlı açıqlama verib.
YeniAvropa xəbər verir ki, açıqlamada deyilir ki, Vüsal Babayev hələ ötən ilin yayında sərəncama göndərilib, daha sonra ehtiyata buraxılıb.
"2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib.Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”, -deyə açıqlamada bildirilir.
Xatırladaq ki, V.Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.