Külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin, yəni “patı” adlandırılan metamfetaminin satışı ilə məşğul olan şəxslər - əvvəllər məhkum olunmuş Emil İbrahimov, Ceyhun Əliyev, Tofiq Rəhimov və Bəxtiyar Nəcəfov saxlanılıblar. Onların üzərinə və Lənkəran şəhərindəki evlərinə baxış zamanı 107 qram heroin, həşiş, metamfetamin və elektron tərəzilər aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində Lənkəran şəhəri və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin, eləcə də narkotik tərkibli həblərin onlayn satışı ilə məşğul olan Fətəli Həsənli tutulub. Onun üzərinə baxış keçirilən zaman 27 qramdan artıq kokain, metamfetamin, eləcə də satışı qadağan olunan 476 ədəd ekstazi və metadon həbləri aşkarlanıb. Əməliyyat zamanı, həmçinin Fətəli Həsənlinin üzərindən narkotik vasitələrin onlayn satışı zamanı pul dövriyyəsində istifadə etdiyi 2 plastik kart da polislər tərəfindən aşkarlanaraq götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs - əvvəllər dəfələrlə məhkum edilmiş Aydın Quliyev də saxlanılıb. Onun üzərindən 14 qram heroin aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşlarının Xətai rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Sabir Rüstəmov və Nicat Rzayev saxlanılıblar. Sabir Rüstəmovdan ümumilikdə 42 qram, o cümlədən kimyəvi tərkibli narkotik vasitə bonzai, kokain, metamfetamin, 28 ədəd ekstaz həbi və narkotik vasitələrin onlayn satışında nağdsız ödənişlər zamanı istifadə etdiyi plastik kart aşkar edilib. Nicat Rzayev üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən isə 8 qrama yaxın heroin və metamfetamin aşkar olunub.
Paytaxtın Nərimanov və Nizami rayonlarında həyata keçirilən növbəti əməliyyatlar zamanı sosial şəbəkə istifadəçiləri arasında narkotik vasitələrin satışını təşkil edən Anar Gərayzadə və Tahir Şirinov tutulublar. Anar Gərayzadənin üzərindən və Nərimanov rayonunda yaşadığı mənzilindən ümumilikdə 616 qram heroin, metamfetamin, elektron tərəzi, Tahir Şirinovdan isə çəkisi 540 qram olan eyni adlı narkotik vasitə və psixotrop maddələr, həmçinin elektron tərəzi aşkarlanaraq istintaqa təqdim olunub.
Baş İdarə əməkdaşlarının Yasamal və Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində həyata keçirdikləri əməliyyatlar zamanı isə Əli Abdullayev və Aydın Cavadov narkotik vasitələrin satışını həyata keçirməkdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan müvafiq olaraq 105 və 15 qram heroin, eləcə də metamfetamin aşkar edilib.
Sabunçu rayonu ərazisində keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Eduard Hüseynov narkotik vasitələrin qanunsuz kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun Maştağa qəsəbəsindəki evinin həyətinə baxış zamanı 11 kiloqram çəkidə 54 çətənə kolu və 4 kiloqram qurudulmuş marixuana aşkar edilib. Eduard Hüseynov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə kultivasiya etdiyini bildirib.
Bu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 495 ədəd narkotik tərkibli həb və kultivasiya edilən 11 kiloqram çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. DİN həmin məlumatları göndərən şəxslərə təşəkkür edib.
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb