logo

İlham Əliyev Si Cinpinə hüznlə başsağlığı verdi

12:32 23-07-2021 | icon 1778
İlham Əliyev Si Cinpinə hüznlə başsağlığı verdi

Prezident İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının sədri Si Cinpinə məktub ünvanlayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".