“Ağcabədi rayonunda küçəyə atılan körpə oğlan uşağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, körpə oğlan barədə lazimi tədbirlər görülür: “Valideynlərinin tapılması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.
Xatırladaq ki, Ağcabədi rayonunda tapılan körpə iyul ayı ərzində küçəyə atılan 3-cü uşaqdır. Daha öncə Sumqayıtda və Ucarda da körpələr küçəyə atılmışdı.