İyulun 21-də saat 23 radələrində iki nəfərin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Xocalı rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Xocalı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.