logo

Samur-Abşeron su kanalında batan gəncin meyiti sudan çıxarılıb

12:13 21-07-2021 | icon 4718
Samur-Abşeron su kanalında batan gəncin meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin suda batması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarış işlərinə başlayıblar.

Nəticədə 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.