Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
YeniAvropa xəbər verir ki, hadisə rayonun "8-ci kilometr" qəsəbəsində yerləşən hotellərin birində baş verib.
1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.