Rusiyanın Tomsk vilayətinin Bakçarsk rayonunda göyərtəsində 17 nəfər olan "An-28" təyyarəsi ilə əlaqə kəsilib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, FHN-in vilayət dövlət idarəsindən təyyarədə 14 sərnişin və üç heyət üzvünün olduğunu bildiriblər. İdarə yerli vaxtla saat 13-də Kedrovı-Tomsk marşrutu ilə uçan təyyarənin qəza mayakının işə düşdüyü barədə məlumat alıb.
Uçuşdan qabaq nasazlıq barədə informasiya daxil olmayıb.
"An-28" təyyarəsi “Sibir yüngül aviasiya” ASC-yə məxsusdur. Aviakompaniya təyyarənin radarlardan itdiyini təsdiqləyib.