logo

 II ixtisas qrupu üzrə 16 mindən çox abituriyent qəbul imtahanı verəcək

15:10 13-07-2021 | icon 5341
 II ixtisas qrupu üzrə 16 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 15-də II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, II ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda 16 min 757 abituriyentin iştirakı nəzərdə tutulub.

DİM abituriyentlərin bir daha nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.