İyulun 13-də təhsil naziri Emin Əmrullayev Türkiyənin “Lokman Hekim” Universitetinin rektoru Bülent Gümüşelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, görüş zamanı təhsil naziri qonaqlara Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.