İyulun 12-də saat 11 radələrində bir nəfərin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Füzuli rayon Prokurorluğunun YeniAvropa daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.