logo

Əhəd Abıyev:“Əli İnsanova yumruq vurdum,ağzı üstə yerə yıxıldı...”

22:20 09-07-2021 | icon 4025
Əhəd Abıyev:“Əli İnsanova yumruq vurdum,ağzı üstə yerə yıxıldı...”

İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı baş tutub. 

YeniAvropa xəbər verir ki, açılış mərasimində  icra başçısı Əhəd Abıyev sabiq səhiyyə naziri Əli İnsanovu kəskin tənqid edib.

"Deputat olduğum illərdə Heydər Əliyev adına Respublika Sarayı qarşısında keçirilən tədbirdə müxtəlif rayonlardan olan şəxslər Əli İnsanova yaxınlaşaraq bəzi xahişlər edirdilər. Ə.İnsanov da həmin insanları təhqir edirdi. Bu vaxt bir neçə nazir də orada idi. Mən ona iradımı bildirdim və dedim ki, niyə vətəndaşı təhqir edirsən. Onun kobud cavabından sonra özümü saxlaya bilmədim. İdmançı, boksçu olmağımdan istifadə edib, ona möhkəm yumruq vurdum. Əli İnsanov həmin yumruğun təsirindən ağzı üstə yerə yıxıldı. Bunu bütün mətbuat da, bir çox şəxslər də bilir. Həmin hadisədən bir müddət sonra onu  həbs etdilər. Arvadı faşist "nemka" olduğu təqdirdə, Ə.İnsanov hansı dövlətçilikdən danışa bilər?!".

Ə.Abıyev qeyd edib ki,  bir neçə gün öncə özünü şəhid ailəsi kimi təqdim edərək,  onun adamları tərəfindən döyüldüyünü iddia edən Sevda Şıxıyeva Əli İnsanovun adamıdır:

"Onlar Əli İnsanovun partiyası ətrafında toplaşaraq Daşkəsəndə müxalifət partiyası yaratmaq istəyirdilər. Mən bunların qarşısını almışam. O şəxslər Ə.İnsanovla birlikdə şəhid ailələrinin adından istifadə edərək yalan, böhtan yayırlar".

Xatırladaq ki, bu günlərdə Əhəd Abıyevin şəhid anasını döyməsi haqda sosial şəbəkələrdə məlumatlar yayılmışdı...