logo

Ucardakı avtoqəzada 5 nəfər ölüb, 2 nəfər yaralanıb 

16:41 09-07-2021 | icon 4879
Ucardakı avtoqəzada 5 nəfər ölüb, 2 nəfər yaralanıb 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

BDYP-dən YeniAvropa-ya daxil olan məlumatda bildirlib ki, hadisə iyulun 9-da saat 02:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Yolun 218-ci km-də Zaqatala şəhər sakini 14.05.1970-ci il təvəllüdlü sürücü Axundov Nazim Əliəsgər oğlu idarə etdiyi "Mercedes Benz Vito111" markalı, 99-MK-091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Gədəbəy rayonu sakini 01.07.1984-cü il təvəllüdlü sürücü Abdullayev Səfxan Fərman oğlunun idarə etdiyi "Howo" markalı, 21-BX-166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində "Mercedes Benz Vito111" markalı avtomobilin sürücüsü N.Axundov və sərnişinləri Balakən rayon sakini 25.07.1976-cı il təvəllüdlü Qoqayeva Nigar Əhməd qızı, Zaqatala rayon sakinləri 25.04.1984-cü il təvəllüdlü İbrahimova Tünzalə Bəkir qızı, 24.09.1985-ci il təvəllüdlü İbrahimov Eyvaz İbrahim oğlu, 13.11.2004-cü il təvəllüdlü Yusubov Yusuf Feyzulla oğlu hadisə yerində ölmüş, Xaçmaz rayon sakini 17.04.2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu və Balakən rayon sakini 10.11.2010-cu il təvəllüdlü Qoqayeva Hürü Abdusalam qızı xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

İlkin ehtimala görə, qəzanın baş verməsinə "Mercedes Benz Vito111" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır".