logo

Aysel Məmmədova “Eurovision-2018”in birinci yarımfinalında çıxış edib

23:50 08-05-2018 | icon 4991
Aysel Məmmədova “Eurovision-2018”in birinci yarımfinalında çıxış edib

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

YeniAvropa xəbər verir  ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova müsabiqədə "X my heart" mahnısını ifa edib.

“X my heart” mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

Birinci yarımfinalda ölkəmizin rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələridir.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.