Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində bir nəfərin su kanalında batması barədə məlumat daxil olub.
YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib..