Suraxanı rayonunun Hövsan qəsəbəsində yolu keçən Nadir Mehdiyev qəsəbə sakini T.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.