logo

Qəbələdə şəlaləyə gedən turist 70 metrlik qayalıqdan çaya yıxıldı

16:56 26-06-2021 | icon 4970
Qəbələdə şəlaləyə gedən turist 70 metrlik qayalıqdan çaya yıxıldı

İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən bir vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumata əsasən FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.