logo

Vladimir Putin:"Dağlıq Qarabağda münaqişə dayandırılıb"

10:10 23-06-2021 | icon 3780
Vladimir Putin:"Dağlıq Qarabağda münaqişə dayandırılıb"

"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb".

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin  bu gün Moskvada öz işinə başlayan IX Beynəlxalq Təhlükəsizlik konfransı iştirakçılarını salamlayarkən bildirib.

“Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”,- deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, “ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.

Xatırladaq ki, 2012-ci ildən bəri ənənəvi olaraq hər il keçirilən konfransın təşkilatçısı Rusiyanın Müdafiə Nazirliyidir. Ötən il konfrans pandemiya səbəbindən keçirilməyib. 3 gün davam edəcək builki konfransda 100 ölkədən 600 nümayəndə iştirak edir. Onların sırasında 49 ölkənin silahlı qüvvələrinin komandanları, eləcə də 6 beynəlxalq təçkilatın təmsilçiləri, 100-dən artıq yerli və xarici ekspertlər yer alır. 

Azərbaycanı konfransda müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyalarda Afrika və Yaxın Şərqdə hərbi-texniki əməkdaşlıq, Suriyada iqtisadi inkişafa keçid, Latın Amerikasında təhdid və çağırışlar, Avropada təhlükəsizlik məsələləri müzakirə ediləcək.