logo

Türkiyə 10 ildən sonra "Eurovision"a qayıdır

12:02 21-06-2021 | icon 20811
Türkiyə 10 ildən sonra "Eurovision"a qayıdır

Türkiyə gələn il İtaliyada keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində iştirak etmək niyyətindədir. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin ictimai telekanalı olan "TRT"nin baş direktoru İbrahim Eren məlumat verib.

O hazırda Türkiyənin "Eurovision" Mahnı Müsabiqəsinə qatılması istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını deyib.

"Haqsızlıq düzələnə qədər yarışmaya qatılmaq fikrimiz yoxdur, amma görüşlər keçirilir. Nə olacağını bilmirik”, - deyə Eren qeyd edib.

Qeyd edək ki, Türkiyə "Eurovision" Mahnı Müsabiqəsində tətbiq edilən səsvermə qaydasındakı ədalətsizliyə etirazını bildirərək 2012-ci ildən bəri yarışlara qatılmır.

Xatırladaq ki, sonuncu dəfə Türkiyə  Bakıda keçirilən “Eurovision-2012”  müsabiqəsinə Can Bonomo ilə qatılıb. 

0-1-3