logo

Vətən müharibəsi şəhidlərinin yenilənmiş SİYAHISI

13:33 14-06-2021 | icon 2184
Vətən müharibəsi şəhidlərinin yenilənmiş SİYAHISI

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

 YeniAvropa Nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin,

eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı