Qazax rayonunda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax rayon İcra Hakimiyyətinə məxsus “Toyota Camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.