Saatlı rayonunda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Su kanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 4 nömrəli Regional Su kanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.