Niderland Krallığının Rotterdam şəhərində “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.
YeniAvropa xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” rok qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.
“Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.
Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub.
Qeyd edək ki, builki mahnı yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.