logo

Bakıda sərxoş sürücü piyadanı vurdu

08:55 21-05-2021 | icon 9947
Bakıda sərxoş sürücü piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki,  hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Əhmədov Səməd Faiq oğlu yolun müəyyən edilmiş hissəsindən keçərkən “Opel” markalı avtomobil onu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Opel” markalı avtomobilin sürücüsü Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən olunub ki, hadisəni törədən sürücü sərxoş vəziyyətdədir.