logo

Ümumtəhsil müəssisələrində günüuzadılmış qruplar təşkil olunacaq

17:27 18-05-2021 | icon 5432
Ümumtəhsil müəssisələrində günüuzadılmış qruplar təşkil olunacaq

Yeni tədris ilindən etibarən Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qruplar təşkil olunacaq.

YeniAvropa  xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən günüuzadılmış qruplara I-IV sinif şagirdləri tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək. Hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Ödənişsiz əsaslarla fəaliyyət göstərəcək qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq. Məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq. Tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.

Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.