Mayın 16-da Lənkəran şəhərində 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, Lənkəran şəhərlərarası avtovağzalın yaxınlığında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan sərnişinləri xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarıblar.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.