Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edir.
YeniAvropa xəbər verir ki, qala-konsertin izləyiciləri arasında prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da yer alır.