logo

29 ildən sonra  Şuşada bayram namazı qılınacaq

11:09 12-05-2021 | icon 798
29 ildən sonra  Şuşada bayram namazı qılınacaq

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi-Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə  Bakı Media Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da İctimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.