logo

“Formula-1”in İstanbul mərhələsi ləğv olundu

10:13 12-05-2021 | icon 2422
“Formula-1”in İstanbul mərhələsi ləğv olundu

“Formula-1” üzrə dünya çempionatının İstanbul şəhərində keçirilməsi planlaşdırılan mərhələsi ləğv olunub.

YeniAvropa xəbər verir ki, bu barədə yarışın Türkiyədəki yayım hüququna malik “S Sport” kanalı məlumat ayıb.

Bildirilib ki, 11-13 iyunda keçirilməsi planlaşdırılan Türkiyə "Qran-Pri"si ləğv edilib. Buna səbəb koronavirus pandemiyasının yenidən sürətlə yayılmasını əsas götürən  İngiltərə hökumətinin Türkiyəni riskli ölkələr sırasına əlavə etməsidir. Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq. Bu isə mərkəzi ofisi İngiltərədə yerləşən bir çox klublara əlavə maneələr yaradır. 

“Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən builki dünya çempionatı 22 yarışla yekunlaşacaq.

Qeyd edək ki, aprelin 28-də Kanada Qran-Prisini ləğv edən təşkilatçılar əvəzində İstanbul mərhələsini təqvimə əlavə etmişdilər.