logo

Bakıda "Ravon”  dəmir maneəyə çırpıldı: sürücü öldü

21:51 09-05-2021 | icon 6181
Bakıda "Ravon”  dəmir maneəyə çırpıldı: sürücü öldü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda "Ravon” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Mirzəyev İnqilab Oktay oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.