logo

Bərdədə restoran işçisini "tok" vurdu

10:50 08-05-2021 | icon 5887
Bərdədə restoran işçisini "tok" vurdu

Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Bərdə rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədovun restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurduğu, nəticədə S.Əhmədovun hadisə yerində öldüyü, Ü.Məmmədovun isə sağ əl nahiyəsindən xəsarət aldığı müəyyən olunub.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.