logo

Ərdoğan Putinlə Qarabağdan danışdı

19:25 05-05-2021 | icon 3031
Ərdoğan Putinlə Qarabağdan danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa  rus mətbuatına istinadla xəbər verir  ki, dövlət başçıları telefon söhbəti zamanı Qarabağ məsələsi, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, eyni zamanda, Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Liderlər koronavirusla mübarizə, o cümlədən virusa qarşı Rusiya istehsalı olan “Sputnik” peyvəndinin tədarükü məsələlərini də müzakirə ediblər.