logo

Lerikdə molla zorlaya bilmədiyi qonşu qadını öldürdü

10:10 03-05-2021 | icon 7434
Lerikdə molla zorlaya bilmədiyi qonşu qadını öldürdü

Lerikdə əxlaqsız təklifinə razılıq verməyən qadını öldürən molla həbs edilib.

YeniAvropa xəbər verir ki, rayonun Barzavu kənd sakini, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı olmayıb. O, sadəcə kənddə namaz qılan, kənd camaatının ödənişi ilə Yasin surəsi, Quran oxuyan şəxs olub.

M. Əsgərov evlidir, bir qızı ailə həyatı qurub, oğlu isə Bakıda işləyir. M.Əsgərov arvadı və digər qızı ilə Z.Fərziyevanın qonşuluğunda yaşayırmış.
 
Murad Əsgərov cinayəti etiraf edib və hadisə yerinə gətirilərək videoçəkilişlə qətli necə törətdiyini danışıb.
 
Qətlin üstü açıldıqdan sonra M.Əsgərov həbs edilib, onun arvadı və qızı başqa kəndə, qayınatasının evinə köçüb.
 
Xatırladaq ki, Murad Əsgərov 40 yaşlı Zəkifə Fərziyevanın tək olmasından istifadə edərək onların evinə girib. M.Əsgərov uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan boğazını kəsib.
 
Hadisə vaxtı Z.Fərziyevanın onunla birgə yaşayan oğlu meşəyə odun gətirməyə gedibmiş. Digər oğlu isə hazırda hərbi xidmətdədir. Qadının üçüncü oğlu Bakıda işləyir.