Ötən gün paytaxtda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
İsa Alməmmədov tanınmış yazar Rüstəm Behrudinin qardaşı oğludur.
Rüstəm Behrudi sosial şəbəkədə yazdığı statusda intihar faktını təsdiqləyib.