logo

Bakıda kran aşdı:1 nəfər öldü, 1-i isə yaralandı

16:58 26-04-2021 | icon 8246
Bakıda kran aşdı:1 nəfər öldü, 1-i isə yaralandı

Paytaxtda tikintidə qaldırıcı kranın aşması nəticəsində faciə baş verib.

YeniAvropa xəbər verir ki, hadisə  Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. 

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı  şəhər kliniki xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.