Yazıçı-jurnalist Vüsal Tağıbəylinin “Türkmənlər” adlı kitabı çap olunub
Yazıçı-jurnalist Vüsal Tağıbəyli daha bir əsəri – “Türkmənlər” adlı siyasi romanı ilə oxucularının görüşünə gəlir. Mürəkkəb hərbi-siyasi vəziyyətin hökm sürdüyü vaxtlarda bir neçə dəfə İraqa səfər edən müəllif, bu ölkədə görüb-eşitdiklərini, şahidi olduğu maraqlı hadisələri, həmsöhbət olduğu, bir-birindən maraqlı adamlarla görüşlərini, gözqamaşdıran qədim tarixi məkanları-abidələrin, dəhşətli müharibənin miras buraxdığı xarabalıqların, daşı-daş üstə qalanmış şəhər və kəndlərin qanlı xatirələrini qələmə alaraq bədiləşdirib.
YeniAvropa xəbər verir ki, “Türkmənlər” əsərinin əsas motivini İraqın üçüncü böyük xalqı olan türkmənlər təşkil edir. Qədim türk millətinin bir qolu olan türkmənlərin İraqda yaşayışından, xüsusilə də yığcam məskunlaşdıqları Türkməneli torpaqlarında, məhz türk olduqları üçün onillər boyunca başlarına açılan müsibətlərdən söz açan yazıçı, bu gün onların qədim türkmən şəhəri olan Kərkükdə azlığa çevrildiyini ürək ağrısı ilə qeyd edir.
Son onillikdə İŞİD terrorçularının zəbt edərək xarabaya çevirdiyi Təlafər, Mosul, Tuz Xurmatu, Təzə Xurmatu, Bəşir və sair kimi türkmən şəhər və qəsəbələrindən aldığı acınacaqlı təəssüratları oxucuları ilə bölüşən yazıçı qeyd edir ki, çox təəssüf, türkmən xalqı özünün qan yaddaşı olan Kərkük qalasına mavi, aylı-ulduzlu bayrağını sancmaq imkanından məhrum edilib. Səddam Hüseyn dönəmində ərəbləşdirilməsinə start verilən Kərkük və digər türkmən yaşayış məntəqələrini, son iyirmi ildir birtərəfli qaydada kürdləşdirməyə çalışırlar. Amma nə yaxşı ki, öz torpaqlarında özgəyə çevrilmiş qəhrəman türkmən xalqının cəsur, mübariz övladları var, onlar bütün çətinliklərə, vaxtaşırı məruz qaldıqları təqib və təhdidlərə, hətta açıq silahlı hücumlara rəğmən, xalqın milli haqları uğrunda gecə-gündüz çalışırlar.
Müəllif öz kitabında müasir türkmən siyasi fikir məktəbinin banisi, milli lider Riyaz Sarıkahyanın türkmən xalqı üçün əvəzsiz əhəmiyyətindən söz açır, onun ictimai fəaliyyətini müxtəlif obrazların görüşlərində canlandırır.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər