logo

Paytaxtda mənzildən 72 yaşlı kişinin meyiti tapıldı

18:20 21-04-2021 | icon 9303
Paytaxtda mənzildən 72 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb.

Mənzildə aşkarlanan 1949-cu il təvəllüdlü Abdullayev Ramin Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.