logo

Paytaxtda ağır qəza: ana və azyaşlı oğlu öldü, qızı isə ağır yaralandı

21:27 19-04-2021 | icon 8806
Paytaxtda ağır qəza: ana və azyaşlı oğlu öldü, qızı isə ağır yaralandı

Paytaxtın Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionun yaxınlığında yolu keçmək istəyən ana və iki övladını avtomobil vurub.

Nəticədə ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə ağır bədən xəsarəti alıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü saxlanılıb.