Göygöl rayonunda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.