logo

Paytaxtda "Jiquli"nin vurduğu iki  Türkiyə vətəndaşından biri öldü

13:56 16-04-2021 | icon 9646
Paytaxtda "Jiquli"nin vurduğu iki  Türkiyə vətəndaşından biri öldü

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən İ.Öztürkü və M.Turanı qəsəbə sakini M.Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

YeniAvropa-ya bildirilib ki, nəticədə İ.Öztürk aldığı xəsarətlərdən hadisə yerində ölüb, M.Turan isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.