logo

Kür çayında bacı və qardaş batıb

19:18 09-04-2021 | icon 3248
Kür çayında bacı və qardaş batıb

Kür çayının Sabirabad rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində bacı və qardaş batıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd edilib ki,qurumun "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.