Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb.
YeniAvropa xəbər verir ki, bu qərardan sonra hər kəsi düşündürən sual uşaq bağçalarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı idi.
Təhsil Nazirliyindən verilən məlumata görə, yeni qərar yalnız məktəblərə aiddir: "Bu qərar uşaq bağçalarına şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir".