Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək “Eurovision - 2021” mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.
YeniAvropa müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.
Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.
Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş “Eurovision - 2021” mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.