Qobustan rayonunda dəhşətli qətl hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu gün saat 18:00 radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı aralarında baş verən dava zamanı bıçaqla həyat yoldaşının başını kəsib.
O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.