Binəqədi qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində yolu keçən Abşeron rayon sakini İ.Şükürov həmyerlisi H.Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.