Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, yol qəzası Ələt-Astara magistral avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içərisində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.